Naxçıvanda yük avtomobili 34 yaşlı kişini vuraraq öldürüb

11.12.2024

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvanda yük avtomobili 34 yaşlı kişini vuraraq öldürüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad avtomobil yolunun Babək rayon Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Culfa şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Zaur Dadaş oğlunun idarə etdiyi 72-BE-060 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobil piyada Culfa rayon Ərəzin kənd sakini, 1990-cı təvəllüdlü Qeybullayev Qalib Hüseyn oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью