Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Naxçıvanda yük avtomobili 34 yaşlı piyadanı vuraraq öldürüb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu, Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Culfa şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Zaur Dadaş oğlu idarə etdiyi "Volkswagen" markalı yük avtomobili ilə piyada Culfa rayonu, Ərəzin kənd sakini, 1990-cı təvəllüdlü Qeybullayev Qalib Hüseyn oğlunu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.