Naxçıvanda yük avtomobili 34 yaşlı piyadanı vuraraq öldürüb Xəbər saytı Son xəbərlər və Hadisələr

11.12.2024

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Naxçıvanda yük avtomobili 34 yaşlı piyadanı vuraraq öldürüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu, Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Culfa şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Zaur Dadaş oğlu idarə etdiyi "Volkswagen" markalı yük avtomobili ilə piyada, Culfa rayonu, Ərəzin kənd sakini, 1990-cı il təvəllüdlü Qeybullayev Qalib Hüseyn oğlunu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью