Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və nümayəndəliyin kollektivi Naxçıvan şəhərində yerləşən Zəfər Abidəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə önünə gül dəstələri qoyulub, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən ölkəmizin bütün ərazisində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dövlət və hökumət nümayəndələri, eləcə də ictimaiyyət tərəfindən Zəfər Abidəsi və şəhid məzarları ziyarət olunur.
Müxbir - Nail Əsgərov