Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olacaq

06.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar konsert proqramı və atəşfəşanlıq olacaq.

"Report"un məlumatına görə, noyabrın 8-də saat 19:00-da Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Günü münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil ediləcək.

Konsert proqramında vətənpərvərlik ruhunda kompozisiyalar, rəqs qruplarının çıxışları, populyar müğənnilərin ifasında mahnılar təqdim olunacaq.

Eyni zamanda, həmin gün muxtar respublikada bir sıra başqa tədbirlər də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью