Naxçıvanda zəncirvari qəza: 5 avtomobil toqquşdu, xəsarət alan var

24.11.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan şəhərində zəncirvari qəza olub, 5 avtomobil toqquşub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, şəhərin İstiqlal küçəsində qeydə alınan qəza zamanı “BMW”, “Mercedes”, “KIA” və 2 “Hyundai” markalı avtomobillər toqquşub.

Qəzada Naxçıvan şəhəri, Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью