Naxçıvanda zəncirvari qəza oldu FOTO Yeni Çağ Media

24.11.2024

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan şəhərində zəncirvari qəza olub.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. Qəza zamanı BMW, “Mercedes”, KIA və 2 “Hyundai” markalı avtomobil toqquşub. Zəncirvari qəzada Naxçıvan şəhərinin Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır./Azertag/

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью