Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

09.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 9 noyabr, AZƏRTAC

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı "Mercedes", "Nissan" və "Lifan" markalı avtomobillər toqquşub. Nəticədə 1998-ci il təvəllüdlü Razim Cavad oğlu Məmmədov xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.

Müxbir - Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью