Naxçıvanda zəncirvarı qəza olub

24.11.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Naxçıvan şəhərində zəncirvarı qəza olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb.

Qəza zamanı "BMW", "Mercedes", "KIA" və iki "Hyundai" markalı avtomobil toqquşub. Zəncirvarı qəzada Naxçıvan şəhəri, Tumbul kənd sakini 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью