Naxçıvanda zəncirvari qəza olub, 4 avtomobil toqquşub | Icma.az
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Naxçıvanda zəncirvari qəza olub, 4 avtomobil toqquşub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının 2-ci kilometrliyində (Dilqəm Pişəvari küçəsi) baş verib.
Qəza zamanı 67-BD-817 dövlət nömrə nişanlı "VAZ2107" markalı avtomobil, 90-RF-865 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil, 64-BB-661 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil və 77-KF-754 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəzaya səbəb havanın dumanlı və yağışlı olmasıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu