Naxçıvanda zəncirvari qəza Yeniyetmə xəsarət aldı

24.11.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Naxçıvan şəhərində zəncirvari qəza olub.

"Unikal" xəbər verir ki, qəza şəhərin İstiqlal küçəsində qeydə alınıb. Qəza zamanı "BMW", "Mercedes", "KIA" və 2 "Hyundai" markalı avtomobillər toqquşub.

Qəzada Naxçıvan şəhəri, Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью