Naxçıvanda zəncivari qəza Xəsarət alan var FOTO

24.11.2024

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan şəhərində zəncirvari qəza olub, 5 avtomobil toqquşub.

Manset.az Report-a istinadən xəbər verir ki, şəhərin İstiqlal küçəsində qeydə alınan qəza zamanı "BMW", "Mercedes", "KIA" və 2 "Hyundai" markalı avtomobillər toqquşub.

Qəzada Naxçıvan şəhəri, Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsini yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью