Naxçıvandakı 300 illik evin sirri VİDEO

24.11.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvanın qədim Şahab məhəlləsində əsrlərin tarixini özündə yaşadan evlər günümüzədək gəlib çatıb.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, məhəllədə yaşı 300 ilə çatan yaşayış evləri və tarixi tikililər mövcuddur.

Vaxtilə bu evlərdə Naxçıvanın tanınmış ailələri yaşayıblar. Maraqlıdır ki, qədim evlərdən birində müxtəlif dövrlərdə ermənilər də məskunlaşıblar.

Şahab məhəlləsi özünəməxsus memarlıq üslubu və tarixi abidələri ilə də seçilir. XII əsrdə inşa edilən Yusif Küseyir oğlu türbəsi də məhz bu ərazidə yerləşir.

Əsrlərdən günümüzə miras qalan qədim yaşayış evləri Naxçıvanın keçmiş məişətini, memarlıq ənənələrini və tarixi yaşayış mədəniyyətini özündə əks etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью