Naxçıvandan inamlı qələbə

14.01.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunu keçirilib.

Apasport.az xəbər verir ki, A qrupunda baş tutan matçda "Naxçıvan" "Abşeron"la qarşılaşıb.

Murat Dikmenin yetirmələri 102:82 hesablı qələbə qazanıb.

Qeyd edək ki, B qrupunun təxirə salınmış matçları sabah reallaşacaq. "Şəki" - "Gəncə" görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman kompleksində başlayacaq. Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.

ABL: Bu gün X tura yekun vurulacaq “Ordu” “Quba”nı məğlub etdi Tahir Baxşıyev: "Hələ çempionatın çox hissəsi qabaqdadır" "Şəki" səfərdən inamlı nəticə ilə dönür "Sərhədçi"dən ev qələbəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью