Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikasından Türkiyəyə qeyri-qanuni daxil olduğu müəyyən edilən E.K. və iki azərbaycanlı təşkilatçı saxlanılıb.
Modern.az xəbər verir ki, İğdırın Aralık rayonun Emincə kəndində keçirilən əməliyyat zamanı saxlanılan hər üç şəxs məhkəmənin qərarı ilə həbs olunub.
Müəyyən edilib ki, həbs edilənlərdən E.K Kocaelidə məmur olub və o, dələduzluq ittihamı ilə axtarışa verilib.
Qeyd edək ki, həbs edilən şəxslər İğdır həbsxanasına köçürülüb. (Mənbə: Teleqraf)