Naxçıvanın altı ayda büdcəsinin gəlirləri 218 milyon manatdan çox olub

17.07.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 218,4 milyon manat, xərcləri isə 215,7 milyon manat təşkil edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hesabat dövründə büdcə gəlirləri 224,0 milyon manat proqnoza qarşı 97,5 faiz icra olunub.

Büdcə xərclərinin icrası isə 244,4 milyon manat plana qarşı 88,3 faiz təşkil edib. Yanvar–iyun aylarında büdcədən ümumilikdə 215,7 milyon manat vəsait xərclənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью