“Naxçıvan”ın baş məşqçisi: “Onlarla oyunumuzdan zövq alacaqlar”

05.12.2024

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sabah" komandası çox yaxşı bir iş ortaya qoyur. Son iki mövsümdür ki, davamlılıq əldə ediblər və təcrübəli baş məşqçiləri var".

Sport24.az xəbər verir ki, bunu "Naxçıvan"nın baş məşqçisi Murat Dikmən klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis ABL-in V turunda "Sabah"la matç öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, son Azərbaycan çempionu onlar üçün çox güclü rəqibdir: "Sabah yaxşı bir oyun üçün hər bir şərait var. Biz də yaxşı komandayıq və hər ötən gün daha da güclənirik. Oyunçularımızın inkişafı üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Xarakter nümayiş etdirən və əsla ruhdan düşməyən bir oyunçu qrupuna sahibəm. Onlarla qürur duyuruq. Oyunu izləyənlərin zövq alacağını düşünürəm, çünki biz də meydanda zövq alacağıq".

Qeyd edək ki, "Naxçıvan" – "Sabah" dekabrın 6-da saat 19:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью