Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

10.06.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan şəhərinin bəzi yerlərində iyunun 10-da içməli suyun verilişi dayandırılacaq. SİA-nın məlumatına görə, Naxçıvan şəhəri, Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəlləni içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar iyunun 10-u saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər gün ərzində yekunlaşdırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью