Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

10.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Report"un yerli bürosu xəbər verir ki, 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan 20 nömrəli 10 kilovoltluq hava elektrik verilişi xətti aparılan təmir işlər ilə əlaqədər açılacaq.

Bu səbəbdən, dekabrın 11-i saat 15:00-dan 16:00-a qədər Naxçıvan şəhərinin Nəcməddin Naxçıvani, Səməd Vurğun və Vüqar Abbasov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью