Naxçıvanın bəzi məhəllələrində içməli su olmayacaq

09.07.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvanın bəzi məhəllələrində içməli su olmayacaq.

APA-nın yerli bürosu xəbər verir ki, şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər 9 iyul tarixində gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью