Icma.az bildirir, Xalq qazeti portalına istinadən. İsmayıl HACIYEV,AMEA Naxçıvan Bölməsinin sədri, akademik Zəngəzurun Azərbaycandan qoparıl
Naxçıvan ərazisi coğrafi cəhətdən Azərbaycanın mərkəzi – günortacı hesab edilir, geostrateji cəhətdən əlverişli bir məkanda yerləşir.
Lakin 2 əsrə yaxın müddətdə Azərbaycanın Rusiya imperiyasının işğalçılıq siyasəti nəticəsində Güney Azərbaycandan sərhəd xətti ilə ayrı salınmış Naxçıvan 1 əsrdən artıq müddətdə isə daxil olduğu Quzey Azərbaycanın əsas hissəsindən aralı düşüb.
Bu tarixi cinayəti sovet Rusiyasının himayəsi, Azərbaycan SSR rəhbərliyinin xalq və tarix qarşısında məsuliyyətsizliyi şəraitində Qafqaza gəlmə erməni toplumunun qədim türk torpaqlarında dövlət qurmağa nail olmuş “millətçi başbilənlər”i törətmişlər.
Ümummilli lider Heydər Əliyev Azərbaycan müstəqilliyə qovuşandan sonra Ermənistanın ölkəmizə qarşı təcavüzkarlıq siyasətini dünyaya çatdırmaqla bağlı mübarizəsində bu tarixi gerçəyi davamlı olaraq beynəlxalq aləmin diqqətinə çatdırıb.
Prezident İlham Əliyev də son 22 ildə eyni qətiyyətlə erməni millətçilərinin Qərbi Azərbaycanda Ermənistan adlı dövlət qurduqlarını, Zəngəzurun qərbini də bu əraziyə qatmaqla Naxçıvanı Azərbaycan dövlətindən ayrı saldıqlarını dəfələrlə ən yüksək səviyyələrdə dünyaya bəyan edir.
Bu günlərdə qardaş Türkiyədə işgüzar səfərdə olan dövlətimizin başçısı bu ölkənin lideri Rəcəb Tayyib Ərdoğanla İğdır–Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak edərkən bir daha Zəngəzur xəyanətinin tarixi nəticələrini xatırlatdı.
Naxçıvanın enerji blokadasının aradan qaldırılmasında növbəti ciddi addımın önəmini vurğulayan Azərbaycan lideri bildirdi: “Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır.