Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respublikasında inzibati-ərazi bölgüsünün optimallaşdırılması məqsədilə rayonların birləşdirilməsi məsələsinin gündəmə gələ bilər.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, ərazi və inzibati potensial baxımından Ordubad, Culfa və Şərur rayonları saxlanıla, digər rayonlar isə bu inzibati vahidlərə birləşdirilə bilər.
Mənbənin verdiyi məlumata əsasən, Babək və Kəngərli rayonlarının Şərur rayonuna, Sədərək rayonunun Culfa rayonuna, Şahbuz rayonunun isə Ordubad rayonuna birləşdirilməsi ehtimal olunur. İddialarda coğrafi yaxınlıq, əhali sayı, nəqliyyat-logistika imkanları və idarəetmədə səmərəliliyin artırılması əsas arqumentlər kimi göstərilir.
Qeyd edilib ki, Naxçıvan şəhəri ayrıca inzibati vahid statusunu saxlayacaq.
Əli Hüseynov