Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

11.05.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirilib. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən bildirilib.

İmtahan kompüterlər vasitəsilə elektron formada Naxçıvan şəhər 4 saylı tam orta məktəbdə təşkil edilib.

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 13 nəfər iştirak edib. 55 və dаhа çох bаl tоplаmış 10 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью