Naxçıvanın sosialiqtisadi inkişafına ayrılmış vəsait azaldıldı

19.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsi üzrə dövlət büdcəsində xərclərin məbləği və mərkəzləşdirilmiş xərclər 70 milyon manatdan 41,7 milyon manata endirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью