Naxçıvanın Təhsil Nazirliyi yarım milyonluq sifariş verdi

28.11.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi "Cənub-2000" şirkətinə nəhəng sifariş verib.

Sifariş nazirliyə və onun tabeliyindəki müəssisələrə mebel inventarların çatdırılması ilə əlaqədardır.

Belə ki, nazirlik bununla bağlı "Cənub-2000" şirkəti ilə nəhəng alqı-satqı müqaviləsi bağlayıb.

Müqavilənin maliyyə dəyəri 476 930,38 manat müəyyənləşib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью