Naxçıvanın voleybol komandası ölkə çempionu olub

02.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 2 iyun, AZƏRTAC

On altı yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi Naxçıvanın “Möminə Xatun” komandası olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, finalda "Azerrail" komandası ilə qarşılaşan Naxçıvan təmsilçisi gərgin keçən oyunda əzmkar qələbə qazanıb.

Birinci seti qalib başa vuran komanda hesabda 2:1 geriyə düşdüyü oyunu tay-brekdə çevirərək 3-2 qalib gəlib və ilk dəfə Naxçıvan komandası ölkə çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью