Naxçıvanın yeni iqtisadiyyat naziri kimdir? Dosye

06.05.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının yeni iqtisadiyyat naziri təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, Kazım Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub.
Orta məktəbi Naxçıvan 12 nömrəli tam orta məktəbdə oxuyub.
Azərbaycan Dövlət Neft Akademiyasında “Menecment və strateji idarəetmə” ixtisası üzrə bitirib.
2012-ci ildə əmək fəaliyyətinə başlayıb. İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib.
2024-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təqdimatı ilə 5 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 6-da keçirilən növbəti sessiyasında Kazım Hüseynəliyevin iqtisadiyyat naziri vəzifəsinə təyin olunması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью