Naxçıvanın yüksək dağlıq ərazilərində 90 santimetrədək qar qeydə alınıb

05.02.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 5 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərinə qar yağıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müşahidələrə əsasən, Kükü kəndində ümumi qar örtüyünün hündürlüyü 39, Biçənək ərazisində isə 24 santimetr təşkil edir. Parağacay Qar Uçqunu Stansiyası ərazisində qarın hündürlüyü 35, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə 89 santimetr qeydə alınıb.

Qeyd edək ki, hazırda yağıntılar dayanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью