Naxçıvanla bağlı qanun DƏYİŞİR

04.06.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Hesablama Palatası Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara dair rəy verəcək.
Bizim.Media xəbər verir ki, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Büdcə sistemi haqqında”qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, Hesablama Palatası Naxçıvan Muxtar respublikasının büdcə prosesində iştirak edəcək. 
Həmçinin, bununla bağlı “Hesablama Palatası haqqında”, ““Büdcə sistemi haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsi təklif edilib.
Günay Şahmar, Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью