Naxçıvanla sərhəddə gömrük terminalları inşa edilə biər Paşinyan açıqladı

14.01.2026

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhəddə bir neçə körpünün tikilməsinin mümkünlüyünü açıqlayıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bu barədə İrəvanda ABŞ və Avropa İttifaqı səfirlərinin iştirakı ilə keçirilən konfransda bildirib.
Baş nazir regionda sərhədlərin və kommunikasiyaların mümkün açılması kontekstində “Marqara” sərhəd keçid məntəqəsində körpünün tikilməli olduğunu bildirib.
Onun sözlərinə görə, “Axurik” sərhəd keçid məntəqəsində də başqa bir körpü tikilə bilər.
Gömrük və sərhəd terminallarının da bu məntəqələrdə, eləcə də, Yerasxda (Arazdəyən - red.) tikilməsinə ehtiyac var.
Paşinyan həmçinin İcevan-Qazax istiqamətində infrastruktur layihələrinin həyata keçirilməsi ehtimalını da istisna etməyib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью