Naxçıvanlı idmançı MDB Oyunlarının mükafatçısı olub

06.10.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 6 oktyabr, AZƏRTAC

Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında millimizin heyətində çıxış edən naxçıvanlı idmançı Haqverdi Həsənov 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, Haqverdinin il ərzində qazandığı dördüncü nailiyyətdir. Belə ki, məşqçi Elnur Kərimlinin yetirməsi 2025-ci ildə Avropa üçüncüsü, ölkə birincisi və beynəlxalq turnir qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью