Naxçıvanlı vəzifəli şəxs həbs edildi

22.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью