NaxçıvanŞahbuz yolunda avtomobil aşıb, xəsarət alan var

14.01.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvanın Babək rayonu ərazisində avtomobil aşıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Uzunoba kəndi ərazisində, Naxçıvan-Şahbuz magistral yolunda baş verib. Qəza zamanı 75-BF-288 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil magistral yoldan çıxaraq ağaclara dəyib və aşıb. Avtomobilin sürücüsü, Babək rayonu Şıxmahmud kənd sakini, 1988-ci il təvəllüdlü Tağıyev Samir Rüstəm oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hədisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью