Nayton Rusiyanın gücündən danışdı: Hazır olmalıyıq!

16.12.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, Hava Qüvvələrinin Baş Marşalı Riçard Nayton Rusiya qüvvələrinin sürətlə güclənməsindən narahat olduğunu bildirib.

Axar.az xəbər verir ki, o, Londonda beyin mərkəzlərindən birində çıxışı zamanı bu barədə danışıb.

"Son 20 ildə Rusiya əhəmiyyətli müdafiə islahatları aparıb və silahlı qüvvələrinə böyük sərmayə qoyub. Rusiya silahlı qüvvələrinin hazırda 1,1 milyondan çox şəxsi heyəti var. ÜDM-in 7%-dən çoxu onlara ayrılır və bütün dövlət xərclərinin təxminən 40%-i onlara gedir ki, bu da əvvəlki onillikdəkindən iki dəfə çoxdur", - deyə o bildirib.

"Rusiyanın böyük, getdikcə texniki cəhətdən inkişaf etmiş və indi döyüş təcrübəsi qazanmış qüvvələrə sahib olduğuna dair heç bir illüziyaya qapılmamalıyıq. Rusiyanın Birləşmiş Krallığa birbaşa hücum və ya işğal ehtimalı 5%-dən çox deyil. Buna baxmayaraq, təkcə silahlı qüvvələr deyil, bütün Britaniya cəmiyyəti potensial hərbi münaqişəyə hazırlaşmalıdır”, - Nayton əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью