Nazənin: “O uşaqdır, nə etdiyini bilmir”

24.11.2025

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Qumral Musayeva şou-proqramların birində həmkarı Nazənin Musayevanın şəklini heç bir xanaya yerləşdirmədən kənarlaşdırıb. Aparıcı Zaur Nəbioğlunun “onu hansı xanaya yerləşdirəcəksən” sualına isə “həyatımda heç bir xanada o xanıma yer yoxdur”  fikrini söyləyib.

Mözvu ilə bağlı Adalet.az-a  danışan Nazənin Musayeva  Qumralın bu addımını çılğınlıq hesab edib:

“Heç bilmirəm nə deyim. Mənə həmin videonu göstərəndə təəccüblü gəlmədi. Belə  də olmalı idi. Qumral anasının tərəfindən danışır.  Normaldır. Bir də o uşaqdır, nə etdiyini bilmir. Günahkar aparıcıdır ki, mənim şəklimi ona təqdim edir. Bu da qəsdlə edilir”.

Əntiqə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью