Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş keçirib.
Görüş zamanı insan kapitalının inkişafında BP ilə mümkün əməkdaşlıq istiqamətləri, həmçinin şirkətin logistika proseslərində AZCON Holding-lə birgə fəaliyyət məsələləri müzakirə edilib.
Eyni zamanda BP ilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində birgə addımların atılması barədə razılıq əldə olunub.