Nazilə: Ata pulu ilə Avropada oxuyan qızlar...

30.01.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Ata pulu hesabına Avropada universitet bitirib gələn qızlar özlərini göstərmək üçün "Xınayaxdıya" "Henna party" deyirlər.

Ölkə.az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri Nazilə Səfərli "Gün ortası" vrilişində deyib.

O, xına mərasimlərində rastlaşdığı xoşagəlməz hallardan danışıb:

"Ata pulu hesabına Avropada universitet bitirib gələn qızlar özlərini göstərmək üçün "Xınayaxdıya" "Henna party" deyirlər. Bunu aparıcı eləmir. O, gəlinin istəyi olur. Mənim bu sferada bəyənmədiyim aparıcılar da var. Amma onların günahı yoxdur. Çünki bunu çox vaxt gəlinlər tələb edir.

Gedib Avropada diplomu hansı yolla alıb, bilinmir, gəlir burada lovğalanır. Xına təşkil edirlər, lakin əllərinə xına çəkmirlər. Amma əsli-nəsli bilinən qızlar heç zaman artıq-əksik hərəkətlərə yol vermirlər. Bunun da günahı analardadır, düz tərbiyə verməyiblər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью