Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24.10.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sənətçi Nazilə Səfərlinin müraciətindən sonra Gürcüstanın Aşağı Kartli bölgəsinin Başkeçid (Dmanisi) rayonunun Səfərli kəndində yol çəkilib, məktəbin təməli qoyulub.

Moderator.az bildirir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazilə Səfərli qeyd edib ki, bir il əvvəl doğulduğu kənddə yolun və məktəbin olmadığını dilə gətirib. Onun sözlərinə görə, Gürcüstan dövləti bu müraciətə biganə qalmayıb.

Sənətçi qeyd edib ki, soydaşlarımızın kompakt yaşadığı Dmanisi rayonunda, o cümlədən Səfərli kəndini əhatə etməklə, 14,9 kilometr uzunluğunda beton yol çəkilib və məktəbin təməli qoyulub.

Nazilə Səfərli paylaşımında Gürcüstan dövlətinə təşəkkürünü bildirib: “Var olsun Gürcüstan!”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью