Icma.az, Adelet.az portalına istinadən məlumat verir.
Şairə Nazilə Səfərli yeni dərs ilinin başlaması ilə yollarda tıxacların artmasından gileylənib.
Adalet.az bildirir ki, şairə yaranmış vəziyyətdən artıq bezdiyini söyləyib:
“Məktəb saatında işə getmək mümkün deyil. Hər uşağın bir “şoferi” var. Niyə? Əvvəllər necə idi? Hər rayonda iyirmi beş-otuz binaya bir məktəb qoyublar. Evi məktəbə yaxın alırsan, uşaq da çantasını belinə keçirib, yelləyə-yelləyə dərsə gedir, evə gəlir.
İndi niyə belədir? Bilmək olar, bu tıxac nəyin tıxacıdır? Razində, Hövsanda, Bülbülədə yaşayan adam uşağını Badamdara oxumağa gətirir. Bu normal deyil axı. Xəstəsiniz? Evinin yanında məktəb yoxdur? Mütləq Badamdara gəlib çıxmalısınız?
Adama deyərlər ki, belə pullu oğlansan, evini də oradan al. Uşağa, xalqa niyə zülm edirsiniz? Bir deyilsiniz, beş deyilsiniz. Pullusunuz, başımıza çıxın...Vay o günə ki, şəhərin mərkəzindəki məktəblərin qabağından keçəsən. Allah uşaqlara zehin açıqlığı versin. Uşaqların zehnini elə siz valideynlər bağlayırsınız. Prestij olacaq ki, kişinin oğlu filan marka məktəbdə oxuyur. Gözümüzün ikisi də aydın. Sənin uşağın öz düşüncənlə desək, yaxşı məktəbdə oxuyacaq deyə mən tıxacda qalmalıyam?”.
Əntiqə