Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şairə Nazilə Səfərli sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o instaqram hesabında video paylaşaraq paytaxt küçələrindəki ağır tıxacdan şikayətlənib.
N.Səfərli şəhərdəki tıxacların əsas səbəbinin valideynlərin uşaqlarını yaşayış yerindən uzaqda yerləşən təhsil müəssisələrinə yerləşdirməsi ilə əlaqələndirib.
Şairə qeyd edib ki, şagirdlərin evlərindən uzaq məktəblərə aparılıb-gətirilməsi nəticəsində şəhər yollarında həddindən artıq nəqliyyat sıxlığı yaranır.
Səfərli "Hər uşağın bir sürücüsü var, niyə?" deyərək yaranmış vəziyyətə etiraz edib.
Ətraflı videoda: