Nazilədən Könül Kərimovaya cavab

13.01.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Şair Nazilə Səfərli onun haqqında qalmaqallı açıqlama verən Əməkdar artist Könül Kərimovaya cavab verib. 

Axşam.az xəbər verir ki, şair yazdığı şeirin oxunmasını istəmədiyini və buna haqqı olduğunu deyib:

"Sözlərim əqlı mülkiyyətimdir. Mənim mülkümü heç kim mal-pay edib varlanmamalıd. Necə ki, mən hər kəsin yaradıcılığına hörmətlə yanaşıram, hörmət də gözləyirəm. Toylara və efirə tək gəlmişəm. Nə başım qapaz görməyib, nə gözüm kölgə. Çətinliklə gəlmişəm, amma tək. Haqqımı tələb etmək nə vaxtdan suç olub?".

Qeyd edək ki, N.Səfərlinin şeirinə K.Kərimova mahnı bəstələyib. Şair isə həmin mahnının oxunmasına icazə verməyib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью