Nazim Gəraylı: “Milli Atlas 2014 cü ildə nəşr olunub və hazırda Coğrafiya İnstitutunda mövcuddur”

30.01.2026

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sovet dövrünə aid Azərbaycan xəritələrindən birində ölkənin bölgələri təkcə coğrafi sərhədlərlə deyil, həm də təhsil və mədəni inkişaf səviyyəsinə görə təsnif edilib. Xəritədə şəhərlərin üzərində texniki məktəb, teatr, sirk, musiqi məktəbi və filarmoniya kimi obyektlər xüsusi işarələrlə göstərilir, bölgələr isə rəng fərqləri ilə seçilir. Bu vizual yanaşma həmin dövrdə mədəniyyət və təhsilin ölkə üzrə necə paylandığını açıq şəkildə nümayiş etdirir.Sizcə, bu bölgülər real ehtiyaclara əsaslanırdı? Belə vizual xəritələr bu gün də mövcuddurmu?

Məsələ ilə bağlı Bizimyo.info xəbər portalına danışan Coğrafiya İnstitutunun elmi işçisi, Coğrafi İnformasiya Sistemləri (GİS) üzrə mütəxəssis Nazim Gəraylı bildirib ki, xəritələr faktiki məlumatlara əsaslanaraq hazırlanıb: “Bu xəritənin böyük ehtimalla 1979-cu ilə aid atlasdan olduğunu düşünürəm. Xəritələr sovet dövründə hazırlanıb. Lakin bu cür xəritələrə müasir məktəb atlaslarında rast gəlinmir. Bununla belə, oxşar xəritələrə Azərbaycan Milli Atlasında rast gəlmək mümkündür. Milli Atlas 2014-cü ildə nəşr olunub və hazırda Coğrafiya İnstitutunda mövcuddur. Bu xəritələr real ehtiyaclara və faktiki məlumatlara əsaslanaraq hazırlanıb. Düşünürəm ki, xəritələr statistik göstəricilər əsasında tərtib olunub və məlumatlar diaqramlar və rənglərlə təqdim edilib. Yəni söhbət gələcəyə dair planlaşdırılan deyil, mövcud vəziyyəti əks etdirən faktiki xəritələrdən gedir. Bu xəritələr insanların real məlumatlardan faydalanması məqsədi daşıyır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью