Nazim Sadıqov: Həmişə arzulamışam ki, doğma publika önündə çıxış edim

07.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mənim arzum çin oldu. Həmişə arzulamışam ki, doğma publika önündə çıxış edim".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın MMA (qarışıq döyüş növləri) döyüşçüsü Nazim Sadıqov deyib.

Xüsusi sessiyaya qoşulan idmançı Tofiq Musayevin də Bakıdakı turnirdə iştirakını "fantastika" adlandırıb.

Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də Bakda keçiriləcək. Nazim Sadıqov Nikolas Motta (Braziliya) ilə üz-üzə gələcək.

Xatırladaq ki, Nazim Sadıqov fevralın 16-da UFC turnirində növbəti döyüşünü keçirib. O, ABŞ-nin Las-Veqas şəhərində keçirilən qarşılaşmada Braziliyadan olan İsmael Bonfim ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə texniki nokautla qalib gəlib. Beləliklə, Nazim Sadıqov UFC-də 10-cu qələbəsini qazanıb.

Təhməz Əsədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью