Nazim Sadıxov: MƏQSƏD HEÇ VAXT BONUS DEYİL

24.06.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

“Oktaqonda olarkən içimdəki hisslər ortaya çıxır”.

“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov deyib.

O, hər şeyə yenidən başlayacağını bildirib: “Son döyüşdə qələbə üçün hazırlığım kifayət etmədi. İndi hər şeyi sıfırlamışam. Şənbə günü yenidən başlayacam. Oktaqonda olarkən içimdəki hisslər ortaya çıxır. Bu, vəhşi görünə bilər”.

Sadıxov hazırlıq prosesini dəyərləndirib: “Məşqlərdə bir çox şeyi dəyişmişəm. Sırf rəqibimə fokuslanmışam. Hazırlığa yeni məşqçi və sparrinq rəqibləri cəlb etmişəm. Üzərimdə çox çalışmışam. Xalqım və azarkeşlər üçün döyüşəcəm”.

Nazim mümkün bonuslardan danışıb: “Bonus heç vaxt məqsəd deyil. Üslubum həyəcanvericidir. Bu səbəbdən bonus özü məni tapır”.

Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Çarlz Conson: Bakı xalqı çox gözəldir Manuel Torres: Rafaelin məni nakaut edə biləcəyini düşünmürəm Fərman Həsənov: HƏR KƏSLƏ DÖYÜŞƏ BİLƏRƏM UFC həyəcanı Dənizkənarı Bulvarda: Açıq məşq və fan-zona təşkil olunacaq Tahir Abdullayev: Rəqibimin üzərindən tank kimi keçməyə hazıram
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью