Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
UFC 323 turnirində fransalı döyüşçü Fares Ziamaya məğlubiyyətdən sonra azərbaycanlı yüngül çəki döyüşçüsü Nazim Sadıxov sosial şəbəkələrdə səmimi video müraciət paylaşıb.
O, uğursuz çıxışından sonra vəziyyətini ətraflı izah edib və emosiyalarını bölüşüb.
İdman.Biz xəbər verir ki, Sadıxov potensialının heç bir hissəsini belə göstərə bilmədiyini etiraf edib. “Uşaqlar, salam aleykum.
Bu dəhşətli bir çıxış idi. Bu gün ümumiyyətlə işə düşə bilmədim. Niyə olduğunu bilmirəm. Heç bir bəhanəm yoxdur. Çox əla hazırlığım var idi.
Çəki salma, isinmə, hər şey ideal keçdi. Qonq səslənənə qədər özümü əla hiss edirdim.
Amma bu gün sadəcə işə düşə bilmədim”, - deyə döyüşçü vurğulayıb.
Döyüşçü həmçinin rəqibini təbrik edib və reytinqdə yenidən yüksəlmək niyyətində olduğunu bildirib: “Faresi və onun komandasını təbrik edirəm.