Nazim Sadıxovdan Tofiq Musayevə özünəməxsus təbrik

29.03.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov Tofiq Musayevin Sietl turnirində qazandığı möhtəşəm qələbəyə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Sadıxov sosial şəbəkə hesabında həmyerlisini təbrik edərək, Musayevin nümayiş etdirdiyi xarakter və dözümlülüyü xüsusi vurğulayıb.

O, paylaşımında bu maraqlı ifadələri işlədib:

“Bunlar spartalı deyil, bunlar azərbaycanlıdır!”

Xatırladaq ki, Tofiq Musayev çilili İqnasio Bahamondes üzərində hakimlərin yekdil qərarı ilə qalib gələrək UFC karyerasında ilk zəfərini rəsmiləşdirib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью