Nazir: 20 ci sanksiya paketinin qəbulunu tezləşdirin!

29.01.2026

Icma.az bildirir, Reyting.az portalına istinadən.

Avropa İttifaqını (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işi sürətləndirməyə çağırırlar.

Reyting.az xəbər verir ki, belə bir çağırışı Estoniya xarici işlər naziri Marqus Tsaxkna Aİ Xarici İşlər Şurasının iclasından əvvəl “X” səhifəsində dərc edib.

Nazirin fikrincə, Rusiya iqtisadiyyatında durğunluq, yüksək inflyasiya və Milli Rifah Fondunun tükənməsi səbəbindən real problemlərin olduğuna inanmaq üçün əsas var.

O, həmçinin qeyd edib ki, ötən ay Rusiyanın neft və qaz gəlirləri 22 faiz azalaraq tammiqyaslı müharibədən bəri ən aşağı səviyyəyə enib.

"Nəticə aydındır. Sanksiyalar işləyir və biz Aİ-nin 20-ci sanksiya paketini tez bir zamanda qəbul etməklə Rusiya iqtisadiyyatına daha da ağır zərbə vurmalıyıq", - deyə M. Tsaxkna əlavə edib.

Onu da qeyd edək ki, Aİ Xarici İşlər Şurasının iclası bu gün keçiriləcək.

E. KAMAL


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью