Nazir: 2025 2026 cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir

06.02.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 fevral, AZƏRTAC

2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, universitetdə ali təhsilin bütün pillələri (bakalavriat, magistratura, doktorantura) üzrə fəaliyyət nəzərdə tutulur: “Qarabağ Universitetində təxminən 10-12 fakültə fəaliyyət göstərəcək. Ümumilikdə 10 minə yaxın tələbə və tədqiqatçının universitetdə təhsil alması planlaşdırılır. Həmçinin ali məktəbdə Tibb fakültəsinin yaradılması nəzərdə tutulur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью