Nazir 25 ilin dövlət qulluqçusunu İŞDƏN ÇIXARTDI

16.06.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə 25 illin dövlət qulluqçusu olan Mustafa Nuhbalayev vəzifəsindən azad olunub. 

Mustafa Nuhbalayev ötən il Fərid Qayıbov tərəfindən "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görülmüşdü. 

Qeyd edək ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədovadır. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью