Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan ictimaiyyəti bunu bilmir. Mən bunu açıq şəkildə qeyd eləməmişəm. Həmin günlər ərzində Ankaradan Türkiyənin bütün səfirliklərinə gedən bir mesaj var idi: "Ankaradan Türkiyənin bütün xarici səfirliklərinə gələn təlimat Bakıdan gələn təlimatla eyni qüvvəyə malikdir".
Bakupost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun müsahibəsində qeyd edib.
O, 44 günlük müharibə dövründə Türkiyənin əməli qardaşlıq nümunəsini ilk dəfə diqqətə çatdırdığını qeyd edib.
"Yəni bu mesaj o demək idi ki, Bakıdan nə təlimat gəlirsə, yoxlamadan həmin təlimatları yerinə yetirməlisiniz. Təbii ki, dövlət qaydaları, diplomatik etiketə görə biz bunu etmir, Türkiyədəki heç bir səfirliyə birbaşa müraciət ünvanlamırdıq. Sözümüz olanda Türkiyə XİN ilə əlaqə saxlayırdıq. Ancaq bu mesajın verilməsi həqiqətən də dünya diplomatiyasında görülməyən bir fakt idi. Və bu, sözdə deyil, əməldə əsl qardaşlığın təzahürü idi".